Xəbər lenti

Timurçin Əfəndiyevə cinayət işi açılır?
Ölkə12:11 21.08.2014

Timurçin Əfəndiyevə cinayət işi açılır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qafqaznews.az-a möhtəbər mənbədən daxil olan məlumata görə, Hesablama Palatası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yoxlamaları başa çatdırıb.

 Mənbənin dediyinə görə Timurçin Əfəndiyevin rektor olduğu dövrdə universitetdə baş verən maliyyə maxinasiyaları, dövlət vəsaitinin mənimsənilməsi, ödənişli təhsildən daxil olan pulların hara gəldi xərclənməsi, qabiliyyət imtahanlarında yığılan milyonlar Hesablama Palatasının əməkdaşlarını dəhşətə gətirib. 

28 il (1987- 2014) bu ali məktəbə rəhbərlik edən Timurçin Əfəndiyev barəsində cinayət işinin qaldırılacağı gözlənilir.

Qeyd edək ki, keçmiş rektor Baş nazirin müavini Elçin Əfəndiyevin qardaşıdır. 

2 may 2014-cü il tarixdə ölkə başçısının sərəncamı ilə Timurçin Əfəndiyev tutduğu vəzifədən azad olunub və Fərəh xanım Əliyeva universitetə rektor təyin olunub.

Qaynar.info