Xəbər lenti

Tofiq Mustafayev Vəli Qasımov barədə: "Mən işə görə dostluq qurmuram"
İdman15:30 14.09.2016

Tofiq Mustafayev Vəli Qasımov barədə: "Mən işə görə dostluq qurmuram"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün rəsmən "Neftçi"də baş məşqçi kimi Vəli Qasımov istefaya göndərildi. Onun yerinə kimin təyin olunacağı hələ ki bilinmir.

Qaynarinfo.Az köməkçi məşqçi Tofiq Mustafayevlə bu haqda və digər məsələlər barədə danışıb.

- Vəli Qasımov istefaya göndərildi. Siz məşqçilər heyətində işinizi davam etdirirsiniz?

- Bəli. Mən və digər məşqçilər işimizdə qalırıq.

- Onda komandada baş məşqçi səlahiyyətlərini müvəqqəti siz icra edirsiniz. Bu nə vaxtadək belə olacaq?

- Mənə hələ Vəli Qasımov xəstəxanaya düşəndə deyilmişdi ki, "İnter"lə oyunda da komandaya mən başçılıq edəcəyəm.

- Baş məşqçi məsələsi sizə mövsümün və ya dekabrın sonunadək həvalə olunsa, bu məsuliyyəti çəkməyə hazırsınız?

- Mənə həvalə olunsa, əlimdən gələni etməyə hazıram...

- 0:8 hesablı darmadağından sonra Qasımov belə bir açıqlama verib ki, mən komandanın başında olsaydım, belə nəticə qeydə alınmazdı. Belə çıxır ki, o sizə eyham vurub...

- Məncə, o bu mənada demək istəməyib. Demək istəyib ki, o olsaydı, futbolçularda psixoloji baxımdan hər şey qaydasında olardı.

- Belə bir söz də deyilir ki, 0:8 hesablı yenilgidə futbolçular qəsdən belə oynayıblar ki, məşqçilər heyəti istefaya göndərilsin. Bir sözlə, kobud dildə desək, "torba əməliyyatı" baş verib...

- Mən buna inanmıram. Futbolçular meydana çıxanda komanda naminə və öz adlarına görə oynayırlar. İnanmıram ki, futbolçular komandaya qarşı demarş etsinlər. Sadəcə "Qəbələ" yaxşı oynadı. Özü də deyim ki, "Qəbələ" bizə qarşı güc işlətməyib qələbə qazandı.

- Biz cəza olaraq əsas heyətdən kimisə əvəzedici heyətdə görə biləcəyik? Və yaxud əvəzedici komandadan kimsə əsas heyətə cəlb oluna bilər?

- Mənim elə bir səlahiyyətim çatmır ki, kimisə əvəzedici heyətə göndərim. Ancaq əvəzedici komandadan 4 futbolçu əsas komandaya cəlb olunub.

- Müşahidə Şurası da belə bir açıqlama yaymışdı ki, nəticəyə görə məsuliyyət daşıyan bəzi futbolçular komandadan göndəriləcək. Hələ belələri yoxdur?

- Hələ heç kim komandadan göndərilməyib. Ona görə ki, 7 nəfər futbolçumuz zədəlidir. Buna görə də komandadan futbolçu göndərilsə, onda "Neftçi"nin halı necə olar ki?! Ancaq cəzalandırılan futbolçular olacaq.

- Həmin o futbolçuların adlarını söyləyə bilərsiniz?

- Buna mənim səlahiyyətim çatmır. Həqiqətən mən bilmirəm ki, kimlər cəzalandırılıb. Bütün komanda bizimlə birgə məşq keçir.

- Ağasəlim Mircavadovun vaxtında "Neftçi"də onun köməkçisi olmusunuz. Yenidən onunla birgə işləmək ürəyinizdən keçirmi?

- Ağasəlim müəllim Azərbaycan futbolunda sözünü demiş məşqçilərdəndir. O, futbolçuların psixologiyasını yaxşı bilir. Hər halda onun təcrübəsi qat-qat üstündür. Kim gəlirsə-gəlsin, təki "Neftçi" üçün yaxşı olsun. Təki "Neftçi" əvvəlki vəziyyətinə qayıtsın. Mən bunu arzulayıram.

- Vəli Qasımovla nə əcəb görüşməmisiniz?

- Xəstəxanaya yanına da getmişdim...

- Yox, mən istefasından sonrakı görüşü nəzərdə tuturam.

- Onunla gün ərzində söhbətim olmayıb. O da mənim məşqdə olmağımla bağlıdır.

- Telefonla da əlaqə saxlamamasınız? Çünki "Neftçi"də bir müddət onunla çalışmısınız...

- Telefonla əlaqə saxlamamışam.

- 0:8-dən sonra sanki sizdən incik düşüb...

- Bilirsiniz, öz adımdan deyirəm, mən işə görə dostluq qurmuram. Əgər biz bir-birimizi işə görə tanıyırıqsa, onda... Biz futbolçu kimi də bir-birimizi tanıyırdıq. Məşqçi kimi də pis deyil. Olur da, hər məşqçinin pis dönəmi olur.

Qaynarinfo.Az