Xəbər lenti

Tofiq Yaqublu prokurorluğa çağırıldı
Ölkə08:07 15.04.2016

Tofiq Yaqublu prokurorluğa çağırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyası başqanının müavini, keçmiş vicdan məhbusu Tofiq Yaqublu Respublika Prokurluğuna çağırılıb. 

Bu haqda “Basta”ya Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

“Bu gün səhər baş prokurorun müavini Rüstəm Usubov Tofiq Yaqubluya zəng edib və onu saat 17:00 üçün prokurorluğa dəvət edib. Tofiq Yaqublu dəvəti gəbul edib”.

Gülağa Aslanlı dəvətin səbəbinin məlum olmadığını bildirib.

Hal hazırda Tofiq Yaqublu Gülağa Aslanlı ilə birlikdə Neftçala rayonunda – şəhid Sadiq İmanovun yas mərasimindədir.

Tofiq Yaqublunun vəkili Nemət Kərimli “Basta”nın sualına cavab olaraq, bildirdi ki, Tofiq Yaqublu ilə bağlı hər hansı hüququ prosedur qalmayıb. “Yalnız Avropa Məhkəməsinin onunla bağlı qərarı icra edilməyib. Amma Tofiq Yaqublunun buna görə prokurorluğa dəvət olunduğu da inandırıcı deyil, çünki bu məsələ ilə Prezident Aparatının İşlər İdarəsi məşğul olur”, – Nemət Kərimli deyib.

Qeyd edək ki, vicdan məhbusu olmuş Tofiq Yaqublu ölkə başçısının əfv fərmanına əsasən martın 18-də həbsdən azad edilib.

Qaynar.info