Xəbər lenti

Tofiq Yaqublunun şikayəti təmin edilmədi
Ölkə14:22 22.08.2013

Tofiq Yaqublunun şikayəti təmin edilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

 Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

 Xatırladaq ki, avqustun 13-də Nəsimi rayon Məhkəməsində T. Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin 3 ay uzadılması barədə qərar qəbul olunub. Apellyasiya şikayəti həmin qərardan verilib.

Qaynar.info