Xəbər lenti

Tofiq Yaqublunun xanımı özəl klinikaya köçürüldü
Ölkə10:16 24.01.2014

Tofiq Yaqublunun xanımı özəl klinikaya köçürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu Sity Hospitala köçürülüb.

Bu barədə Musavat.com-a məlumat verən əməkdaşımız bunun səbəbinin Dövlət Xəstəxanasında səhiyyə xidmətinin bərbad vəziyyətiylə bağlı olduğunu bildirib. Maya xanım Sity Hospitala ailəsinin razılığı ilə köçürülüb.

Müxbirimizlə söhbətində professor Adil Qeybulla dövlətə məxsus tibb müəssisələriylə müqayisədə özəl xəstəxanalarda səhiyyə xidmətinin vəziyyətinin daha əlverişli olduğunu bildirib.

O, Maya Yaqublunun 3 gündən sonra əməliyyat olunacağını da söyləyib. Həkim onun vəziyyətinin normal olduğunu bildirib. Və lazımi dərmanları qəbul etdiyini, hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb.

Tofiq Yaqublunun qızı Nigar Yaqublu da anasının səhhətinin normal olduğunu bildirib. Və əməliyyatı gözlədiklərini söyləyib. O, Nərgizin isə yalnız baş ağrılarından şikayətləndiyini deyib.(musavat.com)