Xəbər lenti

Tofiq Yaqubluya 7, İlqar Məmmədova 8 il iş istənildi
Ölkə10:35 24.02.2014

Tofiq Yaqubluya 7, İlqar Məmmədova 8 il iş istənildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsmayıllı hadisələrinə görə təqsirləndirilən Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, REAL-ın sədri İlqar Məmmədov barəsində Şəki Ağır Cinayətlər Məhkəməsində prokurorlar ittihamı oxuyublar.

“Qafqazinfo” xəbər verir ki , prokuror İlqar Məmmədova 8, Tofiq Yaqubluya isə 7 il iş istəyib.

Xatırladaq ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri, İlqar Məmmədova Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar  yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

Qaynar.info