Xəbər lenti

““Tok” vurmayıb, infarktdan ölüb…” - AzTV-dən işçisi ilə bağlı açıqlama
Ölkə15:10 21.08.2014

““Tok” vurmayıb, infarktdan ölüb…” - AzTV-dən işçisi ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AzTV vəfat edən işçisi ilə bağlı məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mühəndisi Ağaqulu Əliağa oğlu Mürvətovun Horadiz qəsəbəsində rəsmi tədbir zamanı elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişməsi barədə yayılmış xəbər həqiqətə yugun deyil.

Məhkəmə-tibbi ekspertizasının arayışına əsasən, Ağaqulu Mürvətov üçüncü dəfə aldığı geniş infarkt nəticəsində vəfat edib.

Allah rəhmət eləsin!

Qaynar.info