Xəbər lenti

Tokio-2020-də Azərbaycan üçün növbəti qızıl medal (FOTO)
İdman11:20 01.09.2021

Tokio-2020-də Azərbaycan üçün növbəti qızıl medal (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Tokio-2020-də növbəti qızıl medalını qazanıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə təmsilçisi Vəli Israfilov (S12 - 100 metr brass) bu uğura nail olub. 
O, 1:04.86 nəticə ilə Paralimpiya rekordunu qıraraq yarışın qızıl medalına yiyələnib. Bununla İsrafilov Azərbaycanın həm də ən gənc paralimpiya çempionu ünvanına sahib olub.
Onun qazandığı qızıl medal isə Azərbaycan üçün 11-ci olub. Hazırda medal siyahısında ölkəmiz 10-cu pillədə qərarlaşıb.
Səbuhi Həsənov