Tokio 2020-də qırılan üç rekord rəsmi təsdiqini tapıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Atletika Assosasiyası məlumat yayıb. Məlumata görə bu yay Yaponiyanın paytaxtı Tokioda keçirilən Olimpiya Oyunlarında Yulimar Rojas, Karsten Varholm və Sidney Maklauqlinin göstərdiyi nəticələr dünya rekordu kimi təsdiqlənib.
Venesuelalı Rojas avqustun 1-də qadınların 3 təkanla tullanma yarışında 15.67, ABŞ-dan olan Sidney Maklauqlin isə avqustun 4-də qadınların 400 metr məsafəyə sədlərlə qaçışında 51.46 saniyəlik nəticə göstərib.
Norveçli Karsten Varholm isə avqustun 3-də kişilərin 400 metr məsafəyə sədlərlə qaçışında dünya rekordu 45.94 saniyəlik nəticə ilə dünya rekordu qırıb.
Səbuhi Həsənov