Xəbər lenti

Tokio-2020-də yenilik: Rüstəm Orucov bayrağı tək daşımayacaq
İdman15:36 05.07.2021

Tokio-2020-də yenilik: Rüstəm Orucov bayrağı tək daşımayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk dəfə hər ölkənin iki bayraqdarı olacaq.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov yerli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, iyulun 23-də keçiriləcək açılış mərasimində bu funksiyanı həm kişi, həm də qadın idmançılar yerinə yetirəcək.
Bu, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) gender bərabərliyinin təmin olunması məqsədilə "Tokio-2020"də tətbiq edəcəyi yeniliklərdən biridir.
Qeyd edək ki, Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarındakı bayraqdarı cüdoçu Rüstəm Orucov olacaq. Hələlik qadın bayraqdarın adı açıqlanmayıb.