Xəbər lenti

Tokio-2020: Azərbaycan karateçisi gümüş medalla kifayətləndi (YENİLƏNİB)
İdman12:21 07.08.2021

Tokio-2020: Azərbaycan karateçisi gümüş medalla kifayətləndi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Qaynarinfo-nun məlumatına görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı finalda Misir təmsilçisi Feryal Abdelazizlə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Zaretska gümüş medalla kifayətlənib.
15.28
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Qaynarinfo-nun məlumatına görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı yarımfinalda çinli Qonq Li ilə üz-üzə gəlib.
Rəqibinə 3:2 hesabı ilə qalib gələn Zaretska finala yüksəlib.
12.40
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Qaynarinfo-nun məlumatına görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı sonuncu döyüşündə türkiyəli Meltem Akyol Hocaoğlu ilə üz-üzə gəlib.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn Zaretska yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.
Azərbaycan təmsilçisi qrupda yaponiyalı Ayumi Uekusanı və taliyalı Silviya Semeraronu da məğlubiyyətə uğradıb. Karateçi yalnız qazaxıstanlı Sofya Berultseva ilə bacarmayıb. O, A qrupunu ilk pillədə başa vurub. Yarımfinalda Zaretskanın rəqibi çinli Qonq Li olacaq.
Bununla da Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 6-cı medalı təmin edib.
11.06
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Qaynarinfo xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı üçüncü döyüşündə qazaxıstanlı Sofya Berultseva ilə üz-üzə gəlib.
Qrupdakı ilk iki qarşılaşmasından qalib ayrılan Zarestka bu dəfə rəqibinə 4:5 hesabı ilə uduzub. O, qrupda sonuncu görüşünü Meltem Akyol Hocaoğluya (Türkiyə) qarşı keçirəcək.
Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.
10.50
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Qaynarinfo xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançımız A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusaya qalib gəlib. Zaretska rəqibindən 4:1 hesabı ilə üstün olub. 
Onun növbəti rəqibi Silviya Semeraroya olub. İtaliyalı rəqibinə 3:2 hesabı ilə qalib gələn İrina mübarizəni davam etdirir.
Qeyd edək ki, idmançımız qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.