Xəbər lenti

Tokio-2020-nin gümüş medalçısında dopinq aşkarlandı
İdman09:27 13.08.2021

Tokio-2020-nin gümüş medalçısında dopinq aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniyadan olan sprinter Çijindu Ujahın dopinq testi pozitiv çıxıb.
Qaynarinfo "NTVSpor"a istinadən xəbər verir ki, Tokio-2020-də kişilər arasında 4x100 metr məsafəyə qaçış üzrə yarışlarda gümüş medal qazanan 27 yaşlı idmançının qanında qadağan olunmuş "Ostarin" və "S-23" maddələri aşkarlanıb. Atletizmdə Dürüstük Birliyi (AİU) Ujahın müvəqqəti diskvalifikasiya olunduğunu açıqlayıb. 
Britaniyalı idmançı ilə yanaşı Mərakeşdən olan atlet Sadık Miku, gürcü atıcı Benik Abramyan və keniyalı sprinter Mark Otieno Odhiambonun da dopinq testləri müsbət çıxdığı üçün müvəqqəti diskvalifikasiyaya məruz qalıblar.
Səbuhi Həsənov