Xəbər lenti

Tokio-2020-nin ilk qızıl medalçısı (FOTO)
İdman06:01 24.07.2021

Tokio-2020-nin ilk qızıl medalçısı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tokio-2020 Yay Olimpiya Oyunlarının ilk medalçıları müəyyənləşib.
Bu, güllə atıcılığında olub.
Belə ki, qadınlar arasında 10 metr məsafədən atəşaçmada çinli Yan Çyan 251,8 göstərici ilə Olimpiadanın ilk qızıl medalını qazanıb. Rusiyalı Anastasiya Qalaşina (251,1) gümüş, isveçrəli Nina Kristen (230,6) isə bürünc mükafata layiq görülüb.
Qeyd edək ki, kişilərin güllə atıcılığında Azərbaycanı Ruslan Lunyov təmsil edir. /OXu.az