BU il Tokioda kiçiriləməli olan Yay Olimpiya Oyunları təxirə salınacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dik Pound məlumat verib.
Onun sözlərinə görə, Olimpiada 2021-ci ildə keçiriləcək: "Olimpiadanın təxirə salındığını demək olar. Konkret hansı tarixdə olacağı hələ dəqiqləşməyib. Amma oyunların 24 iyulda başlamayacağını deyə bilərəm".
Qeyd edək ki, Tokio-2020 24 iyul - 9 avqust tarixlərində keçirilməli idi.