Xəbər lenti

Tokioda ölkəmizi rekord sayda idmançı təmsil edəcək
İdman10:54 11.08.2021

Tokioda ölkəmizi rekord sayda idmançı təmsil edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 24-dən etibarən Yaponiyanın paytaxtı Tokio şəhərində XVI Yay Paralimpiya Oyunları start götürəcək. 
Milli Paralimpiya Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə bu yarış Azərbaycan Paralimpiya hərəkatı üçün sayca 7-ci olacaq. Əvvəlki Paralimpiya Oyunlarında idmançılarımız 9 qızıl, 18 gümüş, 11 bürünc olmaqla ümumilikdə 38 medal əldə ediblər. Tokio 2020-də ölkəmizi 6 idman növündə rekord sayda 36 idmançı təmsil edəcək.
Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Milli Paralimpiya Komandasının tərkibi aşağıdakı kimi olacaq.
Atletika ( 9 kişi / 3 qadın / ümumilikdə 12 idmançı)
1. Nəbiyev Samir - nüvə itələmə
2. Astanov Elvin - nüvə itələmə
3. Musayev Oloxan - nüvə itələmə, disk atma
4. Nəcəfzadə Səid - uzunluğa tullanma
5. Əliyev Kamil - uzunluğa tullanma
6. Aslanov Orxan - uzunluğa tullanma
7. Çebuna Yelena - qaçış 100m
8. Cəbrayılov Elmir - qaçış 100m, 400m
9. Yanovskaya Yuliya - qaçış 100m, 400m
10. Vəliyeva Lamiyə - qaçış 100m, 400m
11. Heydəri Həmid - nizə atma
12. Qasımov Orxan - nizə atma
Cüdo (6 kişi / 5 qadın / 11 idmançı)
1. Haciyeva Şəhanə   "- 48 kq” 
2. Səfərova Bəsti   "- 52kq”
3. Vəliyeva Sevda   "- 57 kq”
4. Hüseynova Xanım   "- 63 kq” 
5. Kərimova Dürsədəf   "+ 70 kq”
6. Şirinli Vüqar   "- 60 kq”
7. Abaslı Namiq  "- 66 kq”
8. Qasımov Ramil  "- 73 kq”
9. Rəhimli Hüseyn  "- 81 kq”
10. Abdullaxanlı Kənan   "- 100 kq”
11. Zəkiyev İlham   "+ 100 kq”
Taekvando (2 kişi / 2 qadın / 4 idmançı)
1. Fətəliyeva Röyalə  "- 49 kq”
2. Məmmədova Aynur  "+ 58 kq” 
3. Xəlilov İmaməddin  "- 61 kq”
4. Abuzərli Əbulfəz  "- 75 kq”
Üzgüçülük (2 kişi / 1 qadın / 3 idmançı)
1. Saleh Raman - 50m sərbəst
   100m sərbəst
   100m butterfly 
   100m arxasıüstə
2. İsrafilov Vəli - 100m butterfly
 - 100m brass
3. Şandibina Dana  - 100m brass
Pauerliftinq (4 kişi / 0 qadın / 4 idmançı)
1. Məmmədov Pərvin  "- 49 kq”
2. Babacanov Nurlan   "- 97 kq”
3. Hüseynov Elşən   "- 107 kq”
4. Aslanov Şamo   "+ 107 kq”
Güllə atıcılığı (1 kişi / 1 qadın / 2 idmançı)
1. Taranova Yelena  - 10m, 25m, 50m
2. Zeynalov Kamran  - 10m, 50m
Ümumilikdə: 24 kişi / 12 qadın / 36 idmançı, 6 idman növündə 47 kateqoriya
Səbuhi Həsənov