
Sabah Bakı Olimpiya Stadionunda UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın püşkatma mərasimi keçiriləcək.
Qaynar.info xəbər verir ki, püşkatma mərasimində qonaq qismində İtaliya futbolunun tanınmış nümayəndəsi, Avropa çempionatının gümüş mükafatçısı, UEFA Çempionlar Liqasının, 5 dəfə İtaliya çempionatının və kubokunun, 3 dəfə İtaliya Superkubokunun qalibi olmuş, "İtaliya Respublikası qarşısında xidmətlərinə görə" ordeninin kavaleri, karyerası ərzində “İnter”, “Fiorentina” kimi klubların formasını geyinmiş Françesko Toldo da iştirak edəcək.
Qeyd edək ki, 44 yaşlı Françesko Toldo 1995-2004-cü illərdə 28 dəfə İtaliya millisinin qapısını qoruyub.
Qaynar.info