Xəbər lenti

"Tom və Jerry tənhalığı"
Ölkə06:45 19.12.2022

"Tom və Jerry tənhalığı"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Uzun müddətdir ki, müşahidə etdiyim bir məsələ var. Qıraqdan adi, sadə bir şey görsənsə də, mənə elə gəlir, hiss edən, duyan adam üçün çox ağırdır. İstəyirəm, siz də bunu görə və duyasınız. 
Camaat, belə ki, çoxdandır, itlər pişiklərə hürmür, divara dırmaşdırmır, öldürməyə çalışmır... 
Bilmirəm içinizdən nə keçdi, amma mən bu məsələni duyanda, nədənsə, içim əsmişdi. Heç siz deyən, pişiklər də siçanlara o qədər əhəmiyyət vermir. Məni isə indi daha çox it-pişik yandırır. Yox, məqsədim o deyil ki, it pişiyi divara cumdursun, öldürsün, amma bu təbiətik element, hadisə yoxa çıxıb. Elə bilirəm, uşaqlığım da bununla bərabər böyüyüb, ölüb.  
Uşaqkən təkcə bu mənzərəni müşahidə etmək xoşuma gəlirdi. Necə də qəribədir. Bu itlərə nə olub? Nəyin artıq düşüb ki, pişiklə barışmısan? Yoxsa, bunları geni dəyişib, təkamül belə gedir? Elmi tərəfi varsa, bilmirəm. Nədirsə, sirri-xudadır.
Bilmirəm siz görmüsünüz ya yox, mən heç itin pişiyi yediyini də görməmişəm. Niyə? bilmirəm. Uşaq olanda itlər o qədər pişik qovaladı, amma heç vaxt tutmurdular.
Bütün bunlar isə mənə həm də "Tom və Jerry" cizgi filmini xatırladır. İt, pişik, siçan cütlüyündən ibarət olan bu cizgi filmində də hadisələr bu cür cərəyan edir. İt Tomu, Tom da Jerryni nə qədər qovsa da, nə qədər tutsa da, onu heç vaxt yemir, öldürmür. Uşaqlıqda dərk etmədiyim, böyüyəndə qəfil "danq" edən bir səhnə var idi. 
Bir dəfə Tom Jerryini tutur, guya ki, yeməyə hazırlaşır, Jerry isə öz növbəsində artıq bezib. Əldən düşmüş, bitkin bir halda Tomun üzünə baxır. Tom da görür ki, siçan onun əlindən qurtulmaq üçün heç nə etmir və talehi ilə barışıb. Bu an Tom dayanır, tutqun şəkildə ona baxır. Siçan da evinə girib, balaca çomadanın götürüb, evi tərk edir. Nə olur? Bu dəfə Tom onu geri qaytarmaq istəyir. Tom əslində, elə siçanı qoruyur. Nə qədər qovalasa da, onu müdafiə edir, başqa pişiklərə də imkan vermir ki, onu tutub yesin. 
O cümlədən ordakı it də. Tom hətta siçanla əlbir olub, itin başına oyun açsa da, it də eyni münasibəti toma göstərir. Belə deyə bilərik ki, onların bir-birindən başqa heç kimləri yoxdur. 
İlahi, bu cizgi film necə də kədərlidir. İndiyə qədər tənhalığı ifadə edən heç bir ciddi film, bu cizgi film qədər ola bilməz. İnsani hisslərin heyvanlar üzərindən bu şəkildə verilməsi necə də amansızdır. 
İnsani münasibətlərin heyvanlar üzərində verilməsinin başqa bir nümuməsi "Heyvanıstan" əsəridir. Düzdür, bu romanda motivlər başqa olsa da, aşağı-yuxarı eynidir.
Orxan Saffari