Xəbər lenti

Topaz Premyer Liqa: turun ən yaxşı oyunçusu müəyyənləşdi
İdman08:10 04.02.2014

Topaz Premyer Liqa: turun ən yaxşı oyunçusu müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Topaz Premyer Liqasında 19-cu turun rəmzi komandası və ən yaxşı oyunçusu açıqlanıb.

PFL-in saytının yaydığı xəbərə görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasında təqdim etdiyi məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimi olub:

Qapıçı – Saşa Stamenkoviç (“Neftçi”)

Müdafiəçilər – Bruno Bertuççi (“Neftçi”), Bədavi Hüseynov (“Qarabağ”), Tieqo Vilyam (“Xəzər Lənkəran”), Maksim Medvedyev (“Qarabağ”)

Yarımmüdafiəçilər – Cavid İmamverdiyev (“Neftçi”), Manuel Skarlatake (“Xəzər Lənkəran”), Flavinyo (“Neftçi”), Junior Vilson (“Bakı”)

Hücumçular – Ernest Nfor (“Neftçi”), Tiaqo Ribeyro (“Rəvan”)

Ötən tur topa ən çox nəzarət komanda “Qarabağ” olub – 65 faiz. Ağdam təmsilçisi dəqiq ötürmələrə görə də fərqlənib (89 faiz). AZAL ən çox hücum quran (121), “Qəbələ” isə rəqib qapısına ən çox zərbə endirən tərəfdir (18). “Simurq” 8 künc zərbəsi ilə, “Rəvan” isə 5 oyundan kənar vəziyyətlə fərqlənib.

Topaz Premyer Liqasında 19-cu turun ən yaxşı oyunçusu isə “Neftçi”nin hücumçusu Ernest Nfor olub. 

Qaynar.info