Xəbər lenti

Toşak gəldi və danışdı
İdman15:21 16.03.2013

Toşak gəldi və danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Toşak Bakıya gəlib. Qaynar.info xəbər verir ki, bir qədər əvvəl Heydər Əliyev adına hava limanına enən uelsli mütəxəssisi klub rəsmiləri ilə yanaşı, azarkeşlər və jurnalistlər qarşılayıb.

Hava limanında jurnalistlərə ilk açıqlamasını verən Toşak Azərbaycana gəldiyi üçün xoşbəxt olduğunu bildirib: “İndiyədək Azərbaycanda iki dəfə olmuş və xoş münasibətlə qarşılaşmışam. Yenidən bura qayıtdığım üçün çox xoşbəxtəm. Azərbaycanda işləmək mənim üçün yeni bir təcrübə olacaq. Çox şadam ki, belə bir klubu çalışdıracam. Komandanın neçənci yerdə olduğunu bilirəm. Çalışmalıyıq”.

Qaynar.info