Xəbər lenti

Toşaka Azərbaycanda villa verdilər
İdman08:50 18.03.2013

Toşaka Azərbaycanda villa verdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Benjamin Toşakın Lənkəranda  harada qalacağı müəyyənləşib. 

Qol.Az-ın verdiyi xəbərə görə, klubun vitse-prezidenti Tuyqun Nadirov uelsli mütəxəssisə Lənkərandakı istirahət mərkəzlərindən birində villa ayrıldığını bildirib.

“Lənkəranda çalışdığı müddətdə orada qalacaq. Yaxın günlərdə ailəsinin Lənkərana gələcəyi gözlənilir. Yeni məşqçimiz adlı-sanlı olmasına baxmayaraq, çox sadə insandır. Ondan soruşduq ki, hansı telefondan istifadə etmək istəyir. Başqası olsaydı, bəlkə də ən bahalı model tələb edərdi. Ancaq Toşak “mənə açılıb-bağlanan sadə “Nokia” versəniz, bəs edər” söylədi. Baş məşqçiyə xidməti avtomobil də ayrılıb” – deyə T.Nadirov bildirib.

Qaynar.info