ABŞ-nin MLS komandalarından olan "Şarlotta”nın yarımmüdafiəçisi Anton Uolkes faciəvi şəkildə dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisi "Tottenhem"in yetirməsi olan və daha sonra "Portsmut"un formasını geyinən, 2020-ci ildə isə Amerikaya yollanan futbolçu qayıq qəzasında həyatını itirib. Britaniyalı futbolçunun Mayami yaxınlığında qayıqla qəzaya düşərək öldüyü bildirilib.
25 yaşlı futbolçunun sabiq klubları "Şarlotta" və "Portsmut", həmçinin yetriməsi olduğu "Tottenhem" onun ailəsinə, yaxınlarına başsağlığı verib.
Səbuhi Həsənov