Xəbər lenti

Tovuzda 3, Salyanda 5 yaşlı uşaq yandı
Ölkə06:42 19.10.2016

Tovuzda 3, Salyanda 5 yaşlı uşaq yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Salyan rayonunda azyaşlı uşaq yanıb.
Hadisə rayonun Dayıkənd kəndində baş verib.

Belə ki, 5 yaşlı Aynurə Rəşad qızı Əliyeva valideynlərindən xəbərsiz termos qabını aşırıb, içərisindəki isti su üstünə tökülüb. Nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alan Aynurə Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Uşağa ilk tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

***

Tovuzda 3 yaşlı uşaq yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Rayonun Dönük Qırıqlı kənd sakini, 2013-cü il təvəllüdlü Gülay Dinar qızı Musayeva bədənin 2 və 3-cü dərəcəli termiki yanığı xəsarəti ilə xəstəxanaya gətirilib.

Ona dərhal tibbi yardım göstərildikdən sonra Gəncədəki uşaq xəstəxanasına göndərilib.

Yaxınlarının bildirdiyinə görə, uşağın üstünə ərinmiş qaynar yağ dağılıb. (APA)