Xəbər lenti

Tovuzda 7 gün xəstəxanada qalan uşaq ölüb
Ölkə10:21 01.09.2014

Tovuzda 7 gün xəstəxanada qalan uşaq ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avqustun 24-də Tovuz rayonunda “VAZ-2108” markalı avtomobillə vurulmuş azyaşlı G.Aslanov xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ans press-ə verilən məlumata görə, avqustun 24-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində kənd sakini İlham Nağıyev idarə etdiyi “VAZ-2108” markalı avtomobillə yolu keçən rayon sakini Murad Aslanovu və onun azyaşlı oğlu Gündüzü vurub.

Xəstəxanaya yerləşdirilən uşaq ötən gün orada ölüb.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Qaynar.info