Xəbər lenti

Tovuzda iki məktəblini avtomobil vurdu - ÖLƏN VAR
Ölkə12:37 14.11.2013

Tovuzda iki məktəblini avtomobil vurdu - ÖLƏN VAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tovuz rayonunun Əyyublu kəndində iki piyadanın vurulması ilə nəticələnən ağır yol qəza hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax magistralının Tovuz rayonundan keçən hissəsində qeydə alınıb.
 
Tovuz rayonunun Əyyublu kənd sakini, 61 yaşlı Nizami Ələkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolda hərəkət edən kənd sakinləri, 12 yaşlı Aygün Cəfərovanı və 11 yaşlı İlqar Yusubovu vurub. Dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən İ. Yusibov dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


Qaynar.info