Tovuzda nişanı olan 13 yaşlı qız niyə məktəbə getmir? (AÇIQLAMA/VİDEO)
Tovuzda azyaşlı qızın ərə verilməsiylə bağlı bəzi məlumatlar əldə edilib.
Belə ki, rayonunun Alakol kəndində nişan mərasimi təşkil edilən 13 yaşlı qız və 17 yaşlı oğlan xala uşağıdırlar. 17 yaşlı oğlanın Gəncədə yaşadığı bildirilir.
Kənd sakinlərinin sözlərinə görə, qızın ailəsi Rusiyaya gedib və bir müddət öncə Azərbaycana qayıdıb. Qeyd olunub ki, 13 yaşlı qız hazırda məktəbə getmir.
Məsələ ilə bağlı azyaşlı qızın qohumları BAKU.TV-yə danışıblar.
"Rusiyaya gedəndə 7-ci sinifdə oxuyurdu, qayıdarkən məktəb rəhbərliyindən bildirildi ki, qızımız 8-ci sinifdə yox, təkrar 7-ci sinifdə oxumalıdı. O, utandı deyə məktəbə getmədi. Gələn il təhsilinə davam edəcək”, - deyə nişanı olan qızın əmisi qeyd edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər