Xəbər lenti

Tovuzda toy maşınları aşdı - ÖLƏN VAR
Ölkə11:30 04.11.2013

Tovuzda toy maşınları aşdı - ÖLƏN VAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 416-cı kilometrliyində, Tovuz rayonunun Düz Qırıxlı kəndi ərazisində baş verib. Sürücü Vaqif Fətullayev toy karvanı ilə hərəkətdə olarkən yüksək sürətlə idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarına aşırıb. Qəza zamanı, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb. Bunlar sürücünün həyat yoldaşı Gülşən Fətullayeva, övladları - 10 yaşlı Aysel və 7 yaşlı Yusif Fətullayev və qohumu 19 yaşlı Aytən Hüseynovadır.

Xəsarət alanlar Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Aytən Hüseynova orada dünyasını dəyişib. Xəsarət alanlardan 2-sinin vəziyyəti ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


Qaynar.info