Xəbər lenti

Tovuzda toydan qayıdan avtomobil qəzaya düşdü: tələbə öldü (FOTOLAR)
Ölkə19:46 08.08.2019

Tovuzda toydan qayıdan avtomobil qəzaya düşdü: tələbə öldü (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuz şəhərində bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, hadisə şəhərin giriş hissəsində qeydə alınıb. Üç avtomobilin toqquşması ilə nəticələnən qəzada Tovuz rayon sakini Müzəffər İlqar oğlu Hüseynzadə həyatını itirib. Onun tələbə olduğu bildirilir. Qəza nəticəsində xəsarət alanlardan 2 nəfərin vəziyyəti isə ağırdır. 
Qəza toy mərasimindən qayıdan zaman baş verib.