Xəbər lenti

Toy günü gəlini qaçan bəy bu dəfə qız qaçırdı - VİDEO
Ölkə07:11 11.11.2013

Toy günü gəlini qaçan bəy bu dəfə qız qaçırdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağcabədidə toy günü evdən qaçan gəlinlə bağlı ölkə gündəmində hələ də müzakirə olunmaqdadır. Bu xüsusda hər gün yeni-yeni xəbərlər gəlir.

Qaynar.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu dəfə isə təzəbəy Balabəy heç nəyə baxmayaraq yenidən evlənmək üçün qız qaçırdıb. Əvvəl də xəbər verdiyimiz kimi,  oğlan tərəfi evdən qaçan gəlinin ailəsindən onlara dəyən ziyani ödəməsini tələb edirlər.

Balabəy Əliyevin ailə üzvləri deyir ki, polis şöbəsinə müraciət edərək bu biabırçılığa son qoyulması üçün araşdırma aparılmasını və onlara dəyən maddi ziyanın ödənilməsini tələb edəcəklər.

“Toy məclisinin keçirilməsi, qızıl-zinət və geyim əşyalarının alınması üçün xərclədiyimiz 8 min manat pulun verilməsini, sonra isə qızın ailəsinin bəy evindən cehizlərin aparılmasını istəyirik. Onların cehizi mənə lazım deyil”.

Qaynar.info