Xəbər lenti

"Toyota-Bakı Mərkəzi" cərimə edilə bilər
Ekonomiks14:25 06.09.2023

"Toyota-Bakı Mərkəzi" cərimə edilə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Toyota-Bakı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti cərimə edilə bilər. 
Qaynarinfo-nun məlumatına görə, şirkət gömrük qaydaları əleyhinə olan (malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə irəli sürülüb.
496.1-ci maddəyə əsasən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər 50 manatdan 100 manatadək, vəzifəli şəxslər 150 manatdan 250 manatadək, hüquqi şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İşə Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılacaq.
Vüqar