Xəbər lenti

TQDK-dan daha bir yenilik
Ölkə16:22 13.07.2013

TQDK-dan daha bir yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə kömək məqsədilə daha bir yeniliyə imza atıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, abituriyentlərə imtahan binalarının yerini müəyyən etməkdə kömək məqsədilə komissiyanın internet saytı xüsusi xəritə-göstəricilərlə təchiz olunub. 

Bundan əlavə, binaların ünvanlarının əks olunduğu proqram yerləşdirilib. Hər bir abituriyent həmin səhifəyə daxil olaraq imtahan verəcəyi binanı seçməklə onun harada yerləşdiyini müəyyənləşdirə bilər.