Xəbər lenti

TRACECA-nın Azərbaycan üzrə milli katibi vəfat etdi
Ekonomiks10:14 09.06.2020

TRACECA-nın Azərbaycan üzrə milli katibi vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan üzrə milli katibi Akif Mustafayev vəfat edib.
Bu barədə Qaynarinfo-ya TRACECA Katibliyinə istinadən xəbər verir.
"Bu faciəli hadisə təkcə yaxın və əzizləri üçün deyil, həm də bütün TRACECA ailəsi üçün böyük itkidir", - məlumatda qeyd edilir.
Qeyd edək ki, A. Mustafayev ürək tutmasından həyatını dəyişib.
Xatırladaq ki, Akif Mustafayev 1947-ci ilin fevralın 17-də anadan olub. Evli idi, iki övladı var. O, 2002-ci ilin fevralından TRACECA üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan üzrə milli katibi vəzifəsində çalışıb.