Xəbər lenti

"Traktor" Asiyanın ən populyar klubu oldu
İdman07:45 03.01.2021

"Traktor" Asiyanın ən populyar klubu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Azərbaycanda ən çox türk azarkeşinə malik "Traktor” Asiyanın ən populyar klubu seçilib.
Qaynarinfo xəbər verir ki, bu, Asiya Futbol Konfederasiyasının (AFC) keçirdiyi sorğu nəticəsində müəyyənləşib. Qurumun rəsmi saytında 2020-ci il ərzində aparılmış sorğuda finala yüksələn "Traktor" həlledici səsvermədə 51,14 faiz səs yığıb.
AFC rəhbərliyi bu münasibətlə Təbriz klubunu təbrik edib.
Qeyd edək ki, İran çempionatında 9 turdan sonra 13 xalı olan "Traktor” 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.