Xəbər lenti

Tramp: İranla çox ciddi danışıqlar aparırıq, nəticə olmasa, hərbi əməliyyatlara qayıdacağıq
Ölkə 21:23 27.07.2026

Tramp: İranla çox ciddi danışıqlar aparırıq, nəticə olmasa, hərbi əməliyyatlara qayıdacağıq

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların intensiv şəkildə davam etdiyini, lakin nəticə əldə olunmayacağı təqdirdə Vaşinqtonun yenidən hərbi əməliyyatlara başlayacağını bildirib.

Tramp bu barədə "Axios" nəşrinə müsahibəsində danışıb.

"İranla çox ciddi danışıqlar aparırıq. Əgər bu danışıqlar nəticə verməsə, çox güclü hərbi əməliyyatlara qayıdacağıq", - ABŞ prezidenti vurğulayıb.

Tramp qeyd edib ki, Vaşinqton Tehranla danışıqlara daha bir şans vermək məqsədilə İrana qarşı zərbələri dayandırıb.

ABŞ prezidenti eyni zamanda bildirib ki, administrasiyası İranla danışıqlara uzun müddət vaxt ayırmaq niyyətində deyil.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->