Xəbər lenti

Trampdan böyük səhv:
Dünya 14:16 10.07.2025

Trampdan böyük səhv: "Belə danışmağı haradan öyrənmisən?"

ABŞ prezidenti Donald Tramp 9 iyun tarixində Ağ Evdə keçirilən rəsmi yemək zamanı beş Afrika ölkəsinin lideri ilə görüşüb. 

Qaynarinfo xəbər verir ki, tədbirdə müxtəlif dillərdə danışan iştirakçılar tərcümə üçün qulaqcıqdan istifadə etsələr də, Liberiya prezidenti Cozef Boakainin çıxışı zamanı Tramp tərcümə cihazına ehtiyac duymayıb. Səbəb isə Liberiyanın rəsmi dilinin ingiliscə olmasıdır.

Boakainin səlis və düzgün danışığından təsirlənən Tramp onun çıxışından sonra "Çox yaxşı ingilis dili" deyə bildirdikdən sonra əlavə edib: "Bu qədər gözəl danışmağı harada öyrəndiniz? Təhsil almısınız? Harada?". Boakai isə Trampın bu sözlərini təbəssümlə qarşılayaraq təşəkkürünü bildirib.

Tramp təəccübünü gizlətmədən sözlərinə davam edərək əlavə edib. "Liberiyada? Maraqlıdır. Həqiqətən də çox gözəl ingilis dilidir. Bu masada sizin qədər yaxşı danışa bilməyənlər var" deyərək müşavirlərinə eyham vurub. Bu ifadələrdən sonra salonda gülüş səsləri eşidilib.



Liberiya və ABŞ arasında tarixi bağlar

Liberiya və ABŞ arasında tarixi baxımdan güclü əlaqələr mövcuddur. Bu Afrika ölkəsi 19-cu əsrdə ABŞ-da azadlığa buraxılan afroamerikalıların yerləşdirilməsi məqsədilə yaradılıb. 

1816-cı ildə qurulan "Amerika Kolonizasiya Cəmiyyəti” azad edilmiş qaradərili vətəndaşların Afrikaya köçməsini təşviq edirdi. Liberiyanın 1847-ci il Konstitusiyası isə ABŞ-ın Müstəqillik Bəyannaməsindən geniş şəkildə ilham alıb.

"Diplomatiyada zirvə səviyyəsində savadsızlıq”

Trampın bu sözləri sosial mediada geniş müzakirələrə səbəb olub. Texas ştatından Demokrat konqres üzvü Jasmin Krokket bildirib: "Liberiya prezidentinə, rəsmi dili ingilis dili olan ölkənin liderinə, ingiliscəni harada öyrəndiyini soruşmaq diplomatiyada zirvə savadsızlıqdır".

Sabiq prezident Barak Obamanın Afrika üzrə müşaviri Mişel Qevin isə Trampın sözlərini "utancverici” adlandıraraq deyib: "Bu cür açıqlamalar, liberiyalılara "ölkəmizlə tarixi bağlarınızı bilmirik" mesajı verir".



Ağ Evdən açıqlama və müdafiə

ABŞ Dövlət Departamentinin Afrika üzrə müşaviri Massad Bulos Trampı müdafiə edərək bildirib ki, prezident Tramp sadəcə Liberiya prezidentinin dil bacarığını tərifləyib. Ağ Evin sözçüsü Anna Kelli isə vəziyyəti belə şərh edib: "Saxta xəbərlər ABŞ-Afrika münasibətlərində tarixi bir anı təhrif etməyə çalışır".

Görüş zamanı Boakai Trampın "Amerikanı yenidən böyük et” (Make America Great Again) siyasətinə dəstəyini ifadə edib. Toplantıdan sonra Tramp və Boakainin Oval kabinetdə çəkilən fotoları Ağ Evin rəsmi sosial media hesablarında yayımlanıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->