Xəbər lenti

Trampın sosial şəbəkəsi milyonlarla dollar itki ilə üzləşib
Dünya 23:10 21.05.2024

Trampın sosial şəbəkəsi milyonlarla dollar itki ilə üzləşib

ABŞ-ın keçmiş lideri və prezidentliyə namizəd Donald Trampın sosial şəbəkəsi milyonlarla dollarlıq itkilər barədə məlumat verib. 

Qaynarinfo xəbər verir ku, "Trump Media and Technology Group" (TMTG) idarəedici şirkətinin hesabatına əsasən, birinci rübün nəticələrinə görə, "Truth Social" 327,6 milyon dollar zərər edib.

Bu il "Truth Social" səhmlərini ictimaiyyətə təqdim etmək üçün SPAC şirkəti "Digital World Acquisition" ilə müqavilə bağlamaq üçün 6,3 milyon dollar xərcləyib. Daha 311 milyon dollar veksellərin konvertasiyasına və IPO başa çatana qədər borc öhdəliklərinin ödənilməsinə sərf edilib.

ABŞ-ın keçmiş prezidentinin sosial şəbəkəsinin üç ay ərzində itkiləri bütün ötən illə müqayisədə artıq bir neçə dəfə çoxdur. Müqayisə üçün deyək ki, 2023-cü ilin yanvar-dekabr aylarında şirkətin itkiləri cəmi 58 milyon dollar təşkil edib.

TMTG vəziyyətin kritikliyini etiraf etməkdən imtina edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->