Xəbər lenti

Trent Aleksander-Arnold rəsmən
İdman 16:30 30.05.2025

Trent Aleksander-Arnold rəsmən "Real Madrid"də

"Liverpul"un və İngiltərə millisinin müdafiəçisi Trent Aleksander-Arnold "Real Madrid"ə transfer olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Real Madrid"in rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçu Madird klubu ilə 30 iyun 2031-ci ilə qədər 6 illik müqavilə imzalayıb.

Trent Aleksander-Arnoldun "Liverpul"la müqaviləsi 30 iyun 2025-ci ildə başa çatır. "Real Madrid" futbolçunun qarşıdan gələn Klublararası Dünya Çempionatında oynaya bilməsi üçün mersisaydlılara təzminat ödəyəcəklərini bildirib. FİFA qaydalarına görə, futbolçu hazırkı müqaviləsinin bitməsinə 6 ay qalmış istənilən klubla müqavilə bağlamaq hüququna malikdir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->