Xəbər lenti

TSEK iflic xəstəsinin müavinətini kəsdi - Məhkəmə isə bərpa etdi
Ölkə 19:08 05.06.2023

TSEK iflic xəstəsinin müavinətini kəsdi - Məhkəmə isə bərpa etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Sosial Ekspert Komissiyası anadangəlmə kəmağıllıq olan 21 yaşlı şəxsin əlillik müavinəti kəsilib. 

Qaynarinfo-nun məlumatına görə, 21 yaşlı Fərrux Həsənovun (ad-soyad şərti) valideyini məcbur qalaraq Şirvan Şəhər Məhkəməsinə övladının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə müraciət edib. İşə hakim Səidə Məmmədovanın sədrliyi ilə baxılıb. 

Fərruxun valideyini ərizəsini onunla əsaslandırıb ki, 2002-ci il təvəllüdlü Fərrux anadangəlmə iflicdən əziyyət çəkir və o, Şirvan şəhəri Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində və 1 saylı Respublika Nevroloji Mərkəzində "qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta debillik dərəcəsində anadangəlmə kəmağıllıq, nəzərə çarpan davamlı psixopata bənzər davranış” diaqnozu ilə dispanser qeydiyyatındadır. 

Qeyd edilən xəstəliklə bağlı oğluna TSEK tərəfindən II qrup əlillik dərəcəsi verilib və kənar şəxsin qulluğuna ehtiyacı olduğu qeyd edilib. Hazırda oğluna bəzi sənədlərin verilməsində, ona təyin edilmiş müavinətin və II qrup əlillərə təyin edilmiş təqaüdün alınmasında bir sıra çətinliklər yaranıb. 

Oğlu hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün məhkəmə müraciət edib. 

Məhkəmənin qərarı ilə 2002-ci il təvəllüdlü Fərrux fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilib. Qətnamə qəyyum təyin etmək üçün əsas hesab edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->