Xəbər lenti

ÜTT-yə üzvlüyü ilə bağlı növbəti danışıqlar aparılacaq
Ekonomiks07:10 10.05.2013

ÜTT-yə üzvlüyü ilə bağlı növbəti danışıqlar aparılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyunun əvvəlində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması ilə bağlı növbəti danışıqlar aparılacaq.

APA-nın xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavini jurnalistlərin suallarına cavabında bildirib ki, ÜTT-yə yeni rəhbər təyin olunsa da, bunun Azərbaycanın quruma daxil olması məsələsinə heç bir təsiri yoxdur.

M. Məmmədquliyev Azərbaycanın quruma üzv olması ilə bağlı aparılacaq danışıqlar  zamanı Hindistan, Cənubu Koreya və Çinlə mallar, xidmətlər üzrə birgə əməkdaşlıq məsələlərinin müzakirə olunacağını bildirib: “Bundan əlavə, Argentina və Braziliya kimi ölkələrə kənd təsərrüfatı üzrə subsidiyaların verilməsi məsələsi ətrafında ikitərəfli  danışıqlar aparılacaq. Bu danışıqlardan sonra biz həmin dövlətlərə subsidiyaların  verilməsi üçün əlverişli olan şərtləri götürə biləcəyik. Hələlik təşkilat tərəfindən bir çox məsələlər razılaşdırılmayıb. Əgər bütün məsələlər razılaşdırılsaydı, biz həmin təşkilatın üzvü olardıq. Bu gün bir çox məsələlər hələ də danışıqlar masası üzərində qalıb. Biz də çalışırıq ki, zamanla bu məsələlərin həllinə nail olaq”.

Qaynar.info