Xəbər lenti

Tural Abbaslı Ərdoğan və Lukaşenko seçiminə aydınlıq gətirdi (VİDEO)
Ölkə13:30 10.02.2022

Tural Abbaslı Ərdoğan və Lukaşenko seçiminə aydınlıq gətirdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ərdoğanı dəstəkləyirik" demək o demək deyil ki, Atatürkü qəbul etmirik".
Bu sözləri Qaynarinfo-ya AĞ Partiyanın başqanı Tural Abbaslı "POPumuz var" verilişində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Tural Abbaslı əlavə edib ki, Atatürkün Türkiyə qarşısında xidmətləri danılmazdır: 
"Elə başa düşülülər ki, biz Atatürkün xidmətlərini görməzdən gəlirik. Xeyr, bu, belə deyil. Sadəcə hər insanın düşüncəyə, xarakterinə görə özünə yaxın hesab etdiyi insanlar olur. Mən də Ərdoğanı özümə yaxın hesab edirəm. Yəni, mənə daha çox Ərdoğanın siyasi obrazı yaxındır. Atatürk daha çox dünyəvi, Avropa təfəkkürlü siyasi obraz idi. Ərdoğan isə milli-mənəvi və dini dəyərlərə bağlı obrazdır. Bu baxımdan, mənə daha yaxındır”.
Tural Abbaslı Ukrayna prezidenti Vladimir Zelenski ilə Belarus prezidenti Aleksandr Lukaşenkonun müqayisəsində ikincini seçməsinə də aydınlıq gətirib: 
"Azərbaycanda uşaq da bilir ki, Lukaşenkonun Rusiyaya isti münasibətləri var və onun Azərbaycana yanaşması dolayısı ilə Kremllə eynilik təşkilik edir. Vladimir Zelenskinin isə Azərbaycana münasibəti daha sıcaqdır. Bunlar aydın məsələdir. Sadəcə məsələ burasındadır ki, Zelenski Avropanın projesidir. Yəni, o, Qərb dairələrinin layihəsi əsasında siyasi səhnədə parlayıb və nəticədə Ukraynanın prezidenti olub. Lukaşenko isə ondan fərqli olaraq öz gücü ilə hakimiyyətə gəlib və heç kimdən asılı deyil. Hətta bəzən Rusiya prezidenti Vladimir Putinə də qarşı çıxa bilər. Yəni, söhbət burada şəxsi keyifiyyətlərdən, xarakterdən gedir ki, mən də buna görə Lukaşenkoya üstünlük vermişəm. İndi kim necə başa düşürsə, düşsün. Biz deyilənlərə heç bir reaksiya vermirik”.
Xatırladak ki, Tural Abbaslı aparıcı Murad Arifin "POPumuz var" verilişində "Ərdoğan, yoxsa Atatürk?” və "Zelenski, yoxsa Lukaşenko?” suallarına cavab verərkən Ərdoğanla Lukaşenkoya üstünlük verib. AĞ Partiya başqanının cavabı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Şəbəkə üzvləri Tural Abbaslının Ərdoğan və Lukaşenkonu dəstəklədiyinə görə tənqid ediblər. 
Seyid
<iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=5156" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless="">