Xəbər lenti

Tural Abbaslının qollarını istilik sisteminə qandallayıblar
Ölkə09:10 13.08.2013

Tural Abbaslının qollarını istilik sisteminə qandallayıblar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vəkil Əsabəli Mustafayev avqustun 13-də Bakı polisinin Binəqədidəki inzibati həbs təcridxanasında Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı ilə görüşüb.

“Media forum” saytına danışan Əsabəli Mustafayev deyib ki, Ombudsman Aparatının nümayəndələri Tural Abbaslıya baş çəkiblər: “Tural bəy mənə dedi ki, onun qollarını yenidən istilik sisteminə qandallayıblar. Deyiblər ki, təlimatları pozursan. Tural Abbaslı həmin təlimatları dəfələrlə tələb edib, amma ona verməyiblər. O da şifahi tələblərin hansına etiraz etsə, dərhal protokollaşdırır, qolunu qandallayırlar.

Əhvalı yaxşıdır. Mütaliə ilə məşğuldur. Məsələlər ictimailəşəndən sonra yataq dəstini təmizi ilə əvəzləyiblər. Lakin yeməklə bağlı problemi qalmaqdadır. Yeməkləri ümumi qabdan, yəni başqaları istifadə edən qablardan verirlər. Bu da sanitar qaydalara uyğun deyil. Həbsxanada müxtəlif xəstəlikləri olan insanlar ola bilər. Özünə çöldən gətirilən plastik qabları isə qəbul etmirlər”.

Tural Abbaslı bu il yanvarın 12-də Bakıda əsgər ölümlərinə etiraz olaraq keçirilən aksiyada iştirakına görə 600 manat cərimələnib. Cəriməni ödəmədiyi üçün mayın 3-də məhkəmə onun 220 saat islah işləri ilə məşğul olmasına qərar verib. Tural Abbaslı bu qərarı icra etməyib. Avqustun 7-də Nəsimi Rayon Məhkəməsi ona 15 sutka həbs cəzası kəsib.

Qaynar.info