"Turan Tovuz”un əsas komandasının baş məşqçisi Rövşən Babayev postundan gedib.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis istefa ərizəsi ilə rəhbərliyə müraciət edib. Klub rəhbərliyi Babayevin ərizəsini qəbul edib.
Klubdan yeni baş məşqçinin adının açıqlanacağı bildirilib.
Səbuhi Həsənov