Xəbər lenti

İdman 17:05 09.12.2022

"Turan Tovuz"dan əzmkar qələbə

Azərbaycan Kubokunun 1/4 final mərhələsində daha bir oyun keçirilib.

Qaynarinfo-nun məlumatına görə "Turan Tovuz" səfərdə "Kəpəz"in qonağı olub. Gəncə şəhər stadionunda keçirilən görüş tovuzluların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərindən Abdullah Şaybu (9), qonaqlardan isə Runi Eva (52, penalti) və Ehtiram Şahverdiyev (64) fərqlənib. Bu komandalar 1/4 finalın cavab qarşılaşmaları çərçivəsində dekabrın 20-də yenidən üz-üzə gələcəklər. 

Günün digər matçında "Səbail"lə "ASCO Arena"da "Sabah"ı qəbul edəcək. 

1/4 finalın əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb

"Zirə" - "Neftçi" 1:0
"Qarabağ" - "Qəbələ" 2:2

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->