İdman 17:26 13.07.2022

“Turan Tovuz” iki gürcü futbolçu ilə müqavilə bağladı

"Turan Tovuz" heyətini gürcü futbolçu ilə gücləndirib.
 
Qaynarinfo xəbər verir ki, bölgə təmsilçisi İmedia Aşortianı heyətinə qatıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə 26 yaşlı gürcüstanlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanıb. Son mövsümü "Telavi”də keçirən Aşortia vətənində "Dila”, "Sxinvali”, "Kolxeti” və "Şukura”nın da formasını geyinib. O, son mövsümdə "Dila”nın heyətində 20 oyun keçirib 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Tovuz klubunun növbəti gürcü transferi Piruzi Marakvelidze olub. 27 yaşlı gürcüstanlı yarımmüdafiəçi ilə də 1 illik  müqavilə bağlanıb. Son mövsümü "Telavi”də keçirən Marakvelidze Tbilisi "Dinamo”sunun yetirməsidir, vətənində "Zestafoni”, "Merani” və "Liakvi”nin də formasını geyinib. O, "Telavi”nin heyətində 12 oyun keçirib 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
 

 
Səbuhi Həsənov