İdman 16:23 09.01.2023

"Turan Tovuz" Moldova millisinin üzvünü transfer etdi

"Turan Tovuz" heyətini gücləndirib. 
 
Qaynarinfo xəbər verir ki, klub 27 yaşlı sol cinah müdafiəçisi Denis Marandiçi ilə mövsümün sonunadək müqavilə imzalayıb.
 
Moldova millisinin də şərəfini qoruyan Marandiçi karyerası ərzində Portuqaliyanın "Leyriya” və  Sloveniyanın "Çelye” komandalarının formasını geyinib.
 
Onun son klubu Bosniya və Hersoqovina təmsilçisi "Zrinski” olub.
 
Səbuhi Həsənov