Xəbər lenti

"Turan Tovuz” PL-də: “2 milyon olsa, azı 6-8-ci yerlər uğrunda oynayarıq”
İdman13:14 06.05.2022

"Turan Tovuz” PL-də: “2 milyon olsa, azı 6-8-ci yerlər uğrunda oynayarıq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün AFFA-nın Lisenziya Komissiyasının iclasında Premyer Liqada çıxışına icazə verilən komandalardan biri də "Turan Tovuz” oldu. Bəs bu qərardan sonra klub rəhbərliyi hansı işləri görməyi planlaşdırıb. Sponsor məsələsi necə olacaq? Bu kimi suallara Tovuz təmsilçisinin Müşahidə Şurasının sədri Oqtay Abdullayevdən cavab aldıq. 
Veteran futbolçu Qaynarinfo-ya açıqlamasında bunları söylədi:
"Yeddi ildi bu qərarı gözləyirdik. Bunun tovuzlu iş adamları, azarkeşlər, hər kəs istəyirdi. İnfrastrukurumuz buna hazır olduğu üçün Premyer Liqada oynamağa icazə verdilər. Qalır sözümüzü demək. Bunun üçün də iş adamlarına üzümü tutub deyirəm ki, köməklərini əsirgəməsinlər. Nə köməklik göstərəcəklərsə, şəffaflıq olacaq. Pulun hara xərclənməsinin hesabatını özlərinə göndərəcəyik. AFFA bizə 500 min manat pul ayırır. Bu məbləğlə də bilirsinz ki, Premyer Liqada oynamaq çox çətindir. Çünki tələbat başqadır. Ona görə iş adamlarına demək istəyirəm ki, dəstək olsunlar, Tovuz futbolunu yüksəklərə qaldıraq. Müşahidə Şursının iclası keçiriləcək. Müzakirələr aparacağıq. Komandaya azərbaycanlı məşqçi dəvət edəcəyik. Nəzərimizdə dörd-beş məşqçi var”.
"Turan Tovuz” Premyer Liqadakı son illərində də eyni vəziyyətə idi. İş adamlarından yardım istənilirdi, amma sonda yenə komanda Birinci Diviziona düşdü. Bəs yenə eyni durum yaşansa, necə olacaq:
"Elxan müəllim demişdi ki, ona müraciət edən olmayıb. Mən hər yerdə demişəm ki, iş adamları bizə dəstəyini göstərsin. Təkcə AFFA pul ayırmaqla iş düzəlmir. Bütün dünyüda da belədir. Klubda bir neçə nəfər sponsor olmalıdır. İş adamlarını Müşahidə Şurasına da qəbul edə bilərik. Görsünlər bu pul nəyə isifadə olunur. Maliyyə dəstəyi olsun, yaxşı komanda düzəldək. "Turan Tovuz”un Premyer Liqadakı son illərində iş adamları yaxşı pul buraxırdılar. Bunu özüm də eşitmişəm. Amma düzgün rəhbərlik etmirdilər. Ona görə komanda dağıldı. Nadir Nəbiyevlə mən gələndə komanda dağınıq idi. Maxinasiyaya getmədik, əyri işlərdə əlimiz olmadı. Üç dəfə çempion da olduq. Çempion olub Premyer Liqaya çıxa bilmirsənsə, uşaqlar da "sınırlar”. İş adamları deyirdilər ki, Premyer Liqa olsun. Büdcəmiz bir milyon manat olsa, birinci, ikinci yerlər uğrunda oynaya bilmərik. Bakıda oynayan futbolçu 5 manat alırsa, rayona gedəndə 6 manat qazanmalıdır. Şəhərdə komanda formalaşdırmaq rahatdır. Ona görə sonra iş adamları deməsinlər ki, niyə komanda zəif oynayır. Vəsait ayırsınlar, komanda görsünlər”.
Abdullayev iş adamlarının dəstək olacağına nə dərəcədə əmindir:
"Əminəm, bilirəm ki, kömək etmək istəyirlər. İstəyirik, iş adamlarını masa ətrafına dəvət edək. Onların və bizim vəzifəmiz necə olacaq? Futbolun İnkişaf Fondu da yaradılıb. Pul ayırsalar, inkişaf edərik. Görürsünüz, "Qarabağ” gedib xaricdə qələbə qazanır, hər kəs sevinir. Tovuzda bilirsiniz ki, hara daş atsan, gedib futbolçuya dəyir. Tovuzda komandanın olmaması, Azərbaycan futboluna çox zərərlidir. Komanda olsa, valideynlər baxar, uşaqlarını da futbola yazdırarlar. Akademiya tikirik, bu böyük işdir. İş görürük, yerimizdə oturmamışıq. Müraciət etdiyimiz adamlar var, amma adlarını çəkmək istəmirəm”.
Maraqlıdır, mövsümün başlanğıcı üçün nə qədər büdcə nəzərdə tutulub: 
"Məndən olsa, çox istəyərəm. İki milyon manat olsa, rahat işləmək mümkündür. Məqsədlərə gəlincə, ilk mövsümdə belə büdcəmiz olsa, komandalar arasında azı 6-8-ci pillələr uğrunda oynamaq mümkündür. Yenə də hər şey büdcədən asılıdır. Əsas istiqaməti gənclərə yönəltmək isəyirik. İnşalah yaxşı olar”.
Səbuhi Həsənov