Xəbər lenti

"Turan Tovuz" "Sabah"a uduzdu
İdman19:27 09.02.2025

"Turan Tovuz" "Sabah"a uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasının XXII turunda "Turan Tovuz” səfərdə "Sabah”a məğlub olub.
Qaynarinfo xəbər verir ki, "Bank Respublika Arena”da keçirilən görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə bitib.
Meydan sahiblərindən Pavol Safranko (50-p.) və Cesse Sekidika (59) fərqlənib. "Turan Tovuz”un yeganə qolunu isə Aleks Souza (15) rəqib qapısından keçirib.
Hazırda turnir cədvəlində beşinci pillədə yer alan "Sabah” bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldib. 36 xala malik "Turan Tovuz” isə dördüncüdür.
Qeyd edək ki, XXII turun bu gün keçirilən "Şamaxı” - "Sumqayıt” matçında meydan sahibləri qələbə qazanıb - 1:0.