Xəbər lenti

"Turan Tovuz" son turda "Kəpəz"i darmadağın etdi
İdman19:47 25.05.2025

"Turan Tovuz" son turda "Kəpəz"i darmadağın etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasında mövsümün son turunda "Turan Tovuz” "Kəpəz”i məğlub edib.
Qaynarinfo xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Turan Tovuz”dan Aleks Souza dubla (10-cu və 23-cü dəqiqələr) imza atıbsa, Ayxan Hüseynov 44-cü dəqiqdə fərqlənib. "Kəpəz”in futbolçusu Turan Manfov isə 42-ci dəqiqədə avtoqol müəllifi olub.
4-cü pillədə olan "Turan Tovuz” bu nəticədən sonra xallarının sayını 55-ə yüksəldib. "Kəpəz” isə mövsümü 32 xalla 9-cu yerdə başa vurub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i (4:1), "Qarabağ", "Şamaxı"nı (1:0), "Sabah” isə "Neftçi”ni (1:0) məğlub edib.