Xəbər lenti

Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi nə vəd edir?
Ekonomiks09:25 15.03.2023

Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi nə vəd edir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ümumi gömrük dəhlizinin yaranması Azərbaycanda müəyyən qədər qiymət enmələrinə səbəb olsa da, ciddi şəkildə özünü göstərməyəcək”. 
Bunu Qaynarinfo-ya açıqlamasında "Liberal İqtisadçılar” Mərkəzinin rəhbəri Akif Nəsirli "Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il 11 noyabr Sazişinə əsasən Türk dövlətləri arasında sadələşidirilmiş gömrük dəhlizinin yaradılmasına münasibət bildirərkən deyib:
"Türk dünyası ölkələrinin iqtisadiyyatı o qədər də inkişaf etməyib. Türkiyədən başqa digər türk dövlətləri postsovet ölkələridir. Ümumi gömrük  dəhlizinin yaranması isə siyasi qərardır. Onun Azərbaycan üçün iqtisadi səmərəsi o qədər də böyük olmayacaq. Ümumi gömrük qaydaları tətbiq ediləcəksə, Azərbaycanın sıravi vətəndaşları ondan müəyyən dərəcədə yararlana biləcək. Belə ki, Azərbaycanın gömrük rüsum və vergiləri digər türk dövlətlərilə müqayisədə daha çoxdur. Ona görə də ümumi gömrük dəhlizinin yaradılması, qaydalara əməl ediləcəyi təqdirdə, Azərbaycanda bir çox məhsulların gömkür rüsumlarının azalmasına gətirib çıxaracaq. Lakin bu azalma yüksək olmayacaq. Məhz bu amilin nəticəsidir ki, neçə ildir Bakı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbul olmur. Türk dövlətləri arasında ümumi gömrük dəhlizinin yaranmasına rəsmi Bakı həmin addımın gömrük rüsumları və vergi prosesində ciddi qiymət dəyişikliyinə səbəb olmayacağına görə razılıq verib”. 
Rüfət Sultan