Xəbər lenti

Türk İnvestisiya Fondu: fəaliyyət istiqamətləri, perspekti (ŞƏRH)
Ekonomiks 15:33 22.05.2025

Türk İnvestisiya Fondu: fəaliyyət istiqamətləri, perspekti (ŞƏRH)

"Türk İnvestisiya Fondu üzv ölkələr arasında yoxsulluğun aradan qaldırılması, sahibkarlığa kömək kimi dünya səviyyəli aktual problemlərin həllində mühüm əhəmiyyət kəsb edə bilər". 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim Əli Əlirzayev yaranması gözlənilən Türk İnvestisiya Fondunun fəaliyyət istiqamətləri, perspektivi barədə danışarkən deyib.

"Bu Türk Dövlətləri Təşkilatının yaratdığı bir fonddur. Onun da yaranması və formalaşması müxtəlif mənbələrdən həyata keçiriləcək. Hansı ki, bu mənbələr də quruma üzv bütün ölkələr arasında ya bərabərlik prinsipilə, ya da qoyulan vəsaitə uyğun hər bir ölkənin iştirak payına uyğun olaraq formalaşacaq", deyə Əli Əlirzayev bildirib. 
 


Ekspert qeyd edib ki, fond quruma üzv ölkələrin mənbələri, gəlirləri hesabına formalaşacaq:

"Yəqin ki, bunun üçün də fonda nəzarət etməli olan Müşahidə Şurası, ya da kommisiyalar yaradılacaq. Həmin investisiya fondu vasitəsilə toplanan vəsaitlər müxtəlif meyarlar əsasında üzv ölkələrə ayrıla bilər. Yəni yoxsulluğun aradan qaldırılması, sahibkarlığa kömək kimi hansı ölkədə dünya səviyyəli aktual problemlər olarsa, onların aradan qaldırılmasına sərf edilə bilər".

Türk İnvestisiya Fondunun yaradılması iqtisadçının fikrincə, Azərbaycanın mövqeyinin güclənməsi baxımından da perspektivlidir:  

"Azərbaycan öz vəsaiti hesabına həmin fond vasitəsilə bir çox ölkələrə vəsait yatıra bilər. Ölkəmizin bu sahədə böyük təcrübəsi var. Bir çox ölkələrə dünya səviyyəli problemlərin həlli üçün investisiya yatırmışıq. Ölkəmizin bunu etməyə geniş imkanları var".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlayacağının nəzərdə tutulduğunu bəyan edib. O, həmçinin bildirib ki, Azərbaycan ümumilikdə TDT-yə üzv ölkələrə 20 milyard ABŞ dollarından çox sərmayə yatırıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->