Xəbər lenti

Türk müğənni Bakıdakı faciədən danışdı -FOTO
Ölkə08:58 21.05.2015

Türk müğənni Bakıdakı faciədən danışdı -FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yanan binada ölənlərlə bağlı Türkiyə şou-biznes nümayəndələri Azərbaycana başsağlığı veriblər. Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz Bakıda baş verən dəhşətli faciədən üzüldüyünü bildirib.

Tanınmış müğənni və aktyor Facebookdakı səhifəsində Bakıya başsağlığını bildirib.

“Azərbaycanda baş verən yanğın zamanı həyatlarını itirən qardaş və bacılarımıza Allahdan rəhmət diləyirəm. Yaralanan şəxslərə Allahdan şəfa arzulayıram”, - deyə Özcan Dəniz bildirib.

Qeyd edək ki, mayın 19-da Binəqədi rayon, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib. Hadizə zamanı 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb.//anspress

Qaynar.info